Azərbaycan XİN Çinə başsağlığı verib
- 19 dekabr, 2023
- 11:00
Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində qeydə alınan insan itkisi ilə bağlı Pekinə başsağlığı verib.
"Report"un xəbərinə görə, başsağlığı mətni qurumun sosial şəbəkə hesabında paylaşılıb.
"Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - başsağlığında bildirilib.
Qeyd edək ki, dekabrın 18-də Çində 6, 2 maqnitudalıq zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Deeply saddened by the news of a devastating earthquake in #China causing a huge loss of lives and injuries.
— MFA Azerbaijan (@AzerbaijanMFA) December 19, 2023
We express our heartfelt condolences to the families of the victims and wish a speedy recovery to the injured ones.@MFA_China