Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"

Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib" "Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib".
Xarici siyasət
29 Dekabr , 2022 18:25
Azərbaycan XİN: Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib

"Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib".

"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib.

"29 sentyabr 2022-ci ildə Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili Azərbaycana işgüzar səfər edib. 24 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfər həyata keçirib. Dekabrın 15-də Tbilisidə baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib", - ilin yekunlarına dair məlumatda yer alıb.

Son xəbərlər

Orphus sistemi