Azərbaycan XİN başçısı albaniyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
- 21 iyun, 2023
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Olta Xhaçka ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib.
“Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfransın kuluarında görüşməyimə şadam. Bizim Azərbaycan və Albaniya arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etmək və onun inkişaf perspektivləri üzərində ətraflı danışmaq imkanımız olub”, - paylaşımda qeyd edilib.
Pleased to meet w/ dear colleague and friend @xhacka_olta, Foreign Minister of #Albania on the sidelines of #UkraineRecoveryConference.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 21, 2023
We had a chance to review the current status of - bilateral cooperation & elaborate on prospects for its development. @AlbanianDiplo pic.twitter.com/W3qbXivyIT