Yuxarı

Azərbaycan XİN: Terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Şanlıurfa vilayətində baş verən terror aktını pisləyib

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Şanlıurfa vilayətində baş verən terror aktını pisləyir.

XİN Mətbuat Xidmətindən "Report"a daxil olan açıqlamada deyilir: "Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi