Azərbaycan XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib

Azərbaycan XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib Bakı. 11 sentyabr. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi dr. Hande Harmancını qəbul edib.
Xarici siyasət
11 Sentyabr , 2018 15:11
Azərbaycan XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib
Report
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi dr. Hande Harmancını qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş əsnasında H.Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim edib. 

O, fəaliyyəti dövründə Azərbaycanla ÜST arasında münasibətlərin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. 

P.Mirzəzadə H.Harmancıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi