Bakı. 19 yanvar. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
"Report" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
İclas Myanmadakı rohinya müsəlmanlarının probleminə həsr olunan görüşlə başlayıb. Görüş iştirakçıları Myanma hökumətini bu məsələni həll etməyə çağırıb.