Yuxarı
    Bağlamaq

    ​Azərbaycan XİN Pakistanda törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

    Azərbaycan əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir

    Bakı. 17 dekabr. REPOR.AZ/ Azərbaycan dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

    "Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

    Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir", - bəyanat sənədindən qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi