Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN Niderlandın Türkiyə nazirinə qarşı davranışını pisləyən bəyanat yayıb

    Bu kimi davranış diplomatik-etik çərçivələrdən tamamilə kənardır

    Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ötən gün Türkiyənin ailə və sosial siyasət nazirinin Niderlandın Rotterdam şəhərindəki türk Baş konsulluğuna buraxılmamasına münasibət bildirib.

    "Report" xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi davranışı diplomatik-etik çərçivələrdən tamamilə kənar adlandırıb.

    "Bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.

    İnsan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır.

    Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir", - deyə bəyanatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi