Yuxarı

Azərbaycan XİN Küveytdə və Tunisdə törədilən terror aktlarını pisləyib

Azərbaycan terrorçuluğa qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 26-da Küveytdə və Tunisdə törədilən terror aktlarını pisləyib.

"Report" xəbər verir ki, XİN məsələ ilə bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir ki, Azərbaycan XİN terror aktlarını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzulayır: "Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir, Küveyt və Tunis xalqı ilə həmrəyliyini ifadə edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi