Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub

Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Xarici siyasət
4 Oktyabr , 2018 23:28

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Qeyd edək ki, bu il sentyabrın ortalarına qədər XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev tuturdu.

Son xəbərlər

Orphus sistemi