Yuxarı

​Azərbaycan XİN: “Fransa hökuməti Aleksis Şahtaxtinskinin fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib”

ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Azərbaycan Xarici İşlər Nazirliyinə məktub daxil olub

Bakı. 2 iyun. REPORT.AZ/ “ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“ATƏT-dən verilən məlumata görə Fransa hökuməti vətəndaşlığını daşıyan Aleksis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib”, - H.Hacıyev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi