Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN diplomatik nümayəndəliklərdə MTN əməkdaşlarının çalışması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

    “Bu, adi haldır”

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan XİN ölkənin diplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının çalışması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

    XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a bildirib ki, beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır: 

    “Bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində də Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar. Qarşılıqlıq prinsip əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi