Bakı. 27 aprel. REPORT.AZ/ "Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında yüksək səviyyəli görüşü alqışlayırıq".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifsində yazıb.
"Məsləhətləşmələrin Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid edirik", - H.Hacıyev bildirib.
Qeyd edək ki, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn və KXDR lideri Kim Çen In bu gün sərhəddə yerləşən Phanmuncom kəndində görüşüblər. Görüşün yekununda tərəflər bir-birinə qarşı istənilən düşmənçilik addımlarına son qoyduqlarını təsdiqləyən bəyannaməni imzalayıblar. İki ölkə lideri həmçinin Koreya yarımadasının nüvə silahlarından tam təmizlənməsi və bütün sahələrdə dialoqun bərpa edilməsi üzrə razılıq əldə ediblər.