Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 2 dekabr 2014-cü il tarixində NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində NATO-nun mənzil-qərargahında keçiriləcək iclasında iştirak etmək üçün Brüsselə yola düşüb. Bu barədə “Report”a XİN-dən bildirilib.
İclasda nazir Elmar Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.