Xarici İşlər naziri
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib.
Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.
E.Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.
Rodolfo Nin Novoa Azərbaycan Prezidenti
Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söyləyib. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada salıb. Eyni zamanda onun ölkəsinin Azərbaycanla kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini qeyd edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan
E.Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühum istiqamətlərindən biri olduğunu vurğulayıb.
Görüş əsnasında həmçinin ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.