Bakı. 7 mart. REPORT.AZ/ Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov İkinci Dünya müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini yad edib.
"Report" xəbər verir ki, Azərbaycanın XİN başçısı Moskvada Qırmızı Meydanda naməlum əsgərin abidəsini ziyarət edib.
E.Məmmədyarov abidə önünə əklil qoyub.