Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan
"Report"un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti vəzifəsini icra edən Hikmət Hacıyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə insan haqları, demokratiya, qanunun aliliyi əsas prioritetlər kimi götürülüb.
Vacib istiqamətlərdən biri də korrupsiya ilə mübarizə olub, bununla bağlı Bakıda bir sıra tədbirlər təşkil olunub.
H.Hacıyevin sözlərinə görə, sosial həmrəylik, multikulturalizm, gənclər siyasəti ilə bağlı sahələr də diqqətdə olub.
Azərbaycan, həmçinin sədrliyi dövründə Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında, o cümlədən ATƏT, BMT ilə əməkdaşlığın inkişafına öz töhfəsini verdi.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan noyabrın 13-də sədrliyi Belçikaya təhfil verib və Azərbaycan bundan sonra da bu məqsədlərin inkişafına töhfəsini verməkdə davam edəcək.