Azərbaycan xarici işlər nazirinin Türkiyəyə səfəri başlayıb

Xarici siyasət
  • 28 avqust, 2015
  • 06:28
Azərbaycan xarici işlər nazirinin Türkiyəyə səfəri başlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Antalya şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.