​Azərbaycan xarici işlər nazirinin müavini İrana səfər edəcək

​Azərbaycan xarici işlər nazirinin müavini İrana səfər edəcək Tehranda Münhen təhlükəsizlik konfransına hazırlıq iclası keçiriləcək
Xarici siyasət
15 Oktyabr , 2015 12:51
​Azərbaycan xarici işlər nazirinin müavini İrana səfər edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İrana səfər edəcək.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, A.Əzimov Münhen təhlükəsizlik konfransına hazırlıq iclasında iştirak etmək üçün oktyabrın 15-də Tehrana səfər edəcək.

Səfirlikdən o da bildirilib ki, oktyabrın 17-də Tehranda baş tutacaq görüş İran Xarici İşlər Nazirliyinin siyasi və beynəlxalq məsələlər üzrə idarəsi tərəfindən təşkil olunub. Görüşdə beynəlxalq məsələlər, xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr, eləcə də regionda və ondan kənarda baş verən proseslərə cəlb olunan əsas ölkələrin rolu müzakirə olunacaq.

Görüşdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer və region ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 52-ci Münhen Təhlükəsizlik Konfransı 2016-cı il fevral ayının12-dən 14-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi