Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XIN-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakıəməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir Amangeldi Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Amangeldi Jumabayevə gələcək fəaliyyətində uğurlar arzu edib.