Elmar Məmmədyarov İrana gedəcək

Xarici siyasət
  • 25 fevral, 2019
  • 10:33
Elmar Məmmədyarov İrana gedəcək
Xarici işlər naziri Elmar Məmmədyarov
Report/ Elchin Murad

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək.

“Report” diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər İran tərəfinin dəvəti əsasında gələn ayın əvvəllərinə nəzərdə tutulub.

Səfər zamanı azərbaycanlı nazir bir sıra ikitərəfli görüşlər keçirəcək və ölkələr arasındakı əməkdaşlığın müxtəlif məsələləri ətrafında müzakirələr aparacaq.