Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub - YENİLƏNİB

Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub - YENİLƏNİB Beş Azərbaycan vətəndaşının Hindistandan Gürcüstan vasitəsilə təxliyə prosesi başa çatdırılıb.
Xarici siyasət
26 İyun , 2020 14:11
Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub - YENİLƏNİB
IndiaMART

Beş Azərbaycan vətəndaşının Hindistandan Gürcüstan vasitəsilə təxliyə prosesi başa çatdırılıb.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Bakıya çatdırılacaq və Atletlər Kəndindəki karantin zonasında tibbi nəzarətə götürüləcəklər. 


*** 12:36

Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunur.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır.

Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.

Son xəbərlər

Orphus sistemi