Azərbaycan və Yaponiya arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Yaponiya arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin parlamentinin Nümayəndələr Palatasının və Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Kenji Yamada ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib.
Xarici siyasət
14 Mart , 2022 12:31
Azərbaycan və Yaponiya arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin parlamentinin Nümayəndələr Palatasının və Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Kenji Yamada ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin tviter səhifəsində məlumat verilir.

“Səfir Gürsel İsmayılzadə Yaponiya parlamentinin Nümayəndələr Palatasının və Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Kenji Yamada ilə görüşüb və müxtəlif sahələr, xüsusilə də Azərbaycan və Yaponiya parlamentləri arasında əməkdaşlıq sahəsində ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edib”, - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi