Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkmənistan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB

    Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırılıb© Report.az

    Bakı. 19 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının dördüncü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.

    "Report" xəbər verir ki, R.Meredov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını deyib. 

    Həmçinin yaxın zamanda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.

    Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.

    İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulanıb.

    İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olunub.

    Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulanıb.

    Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi Qrupların səfər mübadiləsi razılaşdırılıb və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edilib. 

    Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırılıb.

    Həmçinin Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edilib. 

    Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğunu nəzərə alaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin qeyd edilib. 


    *** 10:26

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkmənistanlı həmkarı Rəşid Meredovıa görüşüb. 

    "Report" xəbər verir ki, görüş Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Bakıda keçirilən dördüncü üçtərəfli görüşü çərçivəsində baş tutub.

    Nazirlər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, regional layihələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi