Yuxarı

​Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Prezident İlham Əliyev qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. “Report” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, Prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi