Yuxarı

​Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. “Report”un xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında bildirilib.

Dövlət başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə Respublikasının Prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bildirib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi