Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir - RƏY

Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir - RƏY Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir.
Xarici siyasət
20 Dekabr , 2024 13:44
Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir - RƏY

Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir.

Bu sözləri “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik dostluq və qardaşlıq münasibətləri üzərində qurulub və bütün sahələrdə olduğu kimi, iki ölkə arasında hərbi əməkdaşlığın böyük tarixi vardır:

“Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlıq müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdırılıb. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xətlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Deputat “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibədə jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına Prezident İlham Əliyevin cavabına da diqqəti yönəldib:

Səbinə Salmanova
Səbinə Salmanova

“Dövlət başçımız qeyd etdi ki, vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Çünki 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır”.

S.Salmanova vurğulayıb ki, məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı:

“İki ölkə arasında imzalanan bu tarixi sənəddə həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Dövlətimizin başçısı İlham Əliyev bu sənədə istinad edərək bildirdi ki, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir”.

Son xəbərlər

Orphus sistemi