Azərbaycan və Slovakiya XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Slovakiya XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB Görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər
Xarici siyasət
17 Mart , 2021 16:54
Azərbaycan və Slovakiya XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana işgüzar səfəri çərçivəsində Slovakiyanın xarici işlər naziri İvan Korçok ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir İvan Korçok Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüşü məmnunluqla qeyd edib. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinin prinsiplərə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhdidi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd şəkildə mina xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verdi.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

12:27

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda işgüzar səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçoku arasında görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

C.Bayramov həmkarını Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi