Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb

Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb Rusiyanın Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda nümayəndə heyətinin başçısı Mixail Petrakovla Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov arasında ikitərəfli məsləhətləşmələr keçiril
Xarici siyasət
183
28 Aprel , 2022 17:37
Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb

Rusiyanın Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda nümayəndə heyətinin başçısı Mixail Petrakovla Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov arasında ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi