Azərbaycan və Qətər əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Qətər əməkdaşlıq perspektivlərini müzakirə ediblər Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.
Xarici siyasət
17 Sentyabr , 2018 16:53
Azərbaycan və Qətər əməkdaşlıq perspektivlərini müzakirə ediblər
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Qətərdəki səfirliyi məlumat yayıb.

Səfir investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı investisiyaların cəlb edilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin inkişafının təşviq edilməsinin əhəmiyyətini qeyd edib.

Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi