Yuxarı

Azərbaycan və Qazaxıstan fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək

Qazaxıstan Senatı müvafiq razılaşmanı ratifikasiya edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Qazaxıstan Parlamenti plenar iclas zamanı "Qazaxıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığa dair Razılaşmanın ratifikasiyası haqqında" qanun layihəsi qəbul edib.  

"Report" "Kazakhstan Today"ə istinadən xəbər verir ki, razılaşma Qazaxıstan və Azərbaycan səlahiyyətli orqanlarının mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, bədbəxt hadisə və ya fəlakət zamanı könüllü və qarşılıqlı yardımın göstərilməsi üzrə fövqəladə hallar sahəsində mütəxəssislərin təlimi sahəsində münasibətlərin qaydasını müəyyən edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi