Azərbaycan və Meksika insan haqları sahəsində informasiya mübadiləsini edəcəklər

Azərbaycan və Meksika insan haqları sahəsində informasiya mübadiləsini edəcəklər Səfir Rodriqo Labardini Elmira Süleymanova ilə görüşüb
Xarici siyasət
6 Fevral , 2016 18:05
Azərbaycan və Meksika insan haqları sahəsində informasiya mübadiləsini edəcəklər

Bakı. 6 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Azərbaycanın insan hüquqlari üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Labardini Meksikanın hazırkı vəziyyəti və onun iqtisadi yüksəlişi yolunda yaranan və hökümətin QHT və vətəndaş cəmiyyəti ilə birgə səyləri nəticəsində müsbət həllini tapmış insan hüquqları sahəsində çətinliklər haqqında ombudsmana məlumat verib. Həmçinin, Meksikada insan hüquqlarını təmzimləyən və müdafiəsində müvəkkil qurum olan İnsan Hüquqları Milli Komissiyasının strukturu və funksiyalarını izah edib.

Öz növbəsində, Elmira Süleymanova rəhbərlik etdiyi təsisatın işi, çoxşaxəli fəaliyyətləri və müvafiq sahədə həyata keçirilmiş layihələri barəsində söhbət edib və gender bərabərliyi, yoxsulluq, sülhün gücləndirilməsi prosesləri və informasiya şəffaflığı mövzuları ilə əlaqədar Meksika-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə marağını ifadə edib.

Bu cəhətdən, fikirlərin və hər iki ölkənin təcrübəsinə yararlı olan layihələrin mübadiləsi məqsədilə meksikalı həmkarın Azərbaycana və ya əksinə rəsmi səfərinin təşkili üzrə işlər görüləcək.

Son xəbərlər

Orphus sistemi