Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarını təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb.
Məktubda həmçinin Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğu qeyd edilib, hər iki dövlətin müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
E.Rinkeviçs də, öz növbəsində, Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 1994-cü il yanvarın 11-də qurulub.