Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) təmsilçisi Şahin Abdullayev təşkilatın Baş katibi Yusef Əl Othaymin ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, görüş zamanı tərəflər İƏT ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Baş katib Azərbaycanın İƏT-dəki rolunu, İslami ideyalara və birgə fəaliyyətə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Səfir isə öz növbəsində İƏT-in Azərbaycanı daim dəstəkləməsini yüksək qiymətləndirib.