Yuxarı

Azərbaycan və İsveç ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb

Sazişi Azərbaycan və İsveç xarici işlər nazirləri imzalayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan və İsveç ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb.

"Report" xəbər verir ki, saziş Bakıdakı görüşün yekunu olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun isveçli həmkarı Marqot Vallstrem tərəfindən imzalanıb.

Saziş özündə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasını ehtiva edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi