Yuxarı

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

"Report"-un məlumatına görə, telefon danışığı zamanı Prezident İlham Əliyev İrana səfərində ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyev Prezident Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi