Deputat: "Azərbaycan və İordaniya arasındakı münasibətlər möhkəm təməllər əsasında qurulub"

Deputat: "Azərbaycan və İordaniya arasındakı münasibətlər möhkəm təməllər əsasında qurulub" Qosai Aldemesi: "İordaniya kralı II Abdulla Azərbaycanla münasibətləri çox güclü kimi qiymətləndirir"
Xarici siyasət
18 Mart , 2017 13:13
Deputat: Azərbaycan və İordaniya arasındakı münasibətlər möhkəm təməllər əsasında qurulub
Courtesy İmage

Daxla, Mərakeş. 18 mart. REPORT.AZ/ "Azərbaycan və İordaniya arasındakı münasibətlər möhkəm təməllər əsasında qurulub".

Bunu "Report"un Mərakeşə ezam olunmuş müxbirinə açıqlamasında "Krans-Montana. 21-ci əsrdə yeni Afrika yolunda" forumunda iştirak edən İordaniya parlamentinin deputatı Qosai Aldemesi (Gosai Aldemeci) deyib.

İordaniyalı parlamentari əlavə edib ki, ölkəsinin kralı II Abdulla Azərbaycanla münasibətləri çox güclü kimi qiymətləndirir.

Parlamentlərarası əlaqələrdən danışan Q.Aldemesi ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində azərbaycanlı həmkarları ilə birlikdə işləməyin vacibliyini qeyd edib: "Bunun üçün bütün imkanları nəzərdən keçiririk".

Son xəbərlər

Orphus sistemi