Yuxarı
    Bağlamaq

    Azərbaycan və Gürcüstan vətəndaşları Nepaldan təxliyə olunub - VİDEO

    Azərbaycan FHN-ə məxsus təyyarədə 13 Azərbaycan, 4 Gürcüstan vətəndaşı var

    Bakı. 30 aprel. REPORT.AZ/ Nepaldakı təbii fəlakət bölgəsindən Azərbaycan və Gürcüstan vətəndaşlarını təxliyə edən təyyarə paytaxt Katmandudan Bakıya yola düşüb. Bu barədə “Report”a Nepaldan təxliyə olunan azərbaycanlılardan biri məlumat verib.

    Məlumatda qeyd olunub ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı var.

    Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

    Videogörüntünü "Report"a Nepalda fəaliyəyt göstərən UNİCEF-in uşaqların müdafiəsi üzrə proqram rəhbəri Munir Məmmədzadə təqdim edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi