Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi Ramil Usubov Gürcüstanda səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb.
Onlar iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar. Söhbət zamanı regionda baş verən hadisələrə və təhlükəsizlik sahəsində aktual məsələlərə də toxunulub.
Görüşün sonunda Vaxtanq Qomelauri azərbaycanlı həmkarına səmərəli əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.