Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
Xarici siyasət
27 Fevral , 2019 11:58
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

"Report" xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.

İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.

Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.

Bir daha xoş gəlmisiniz.

Gürcüstan Prezidenti Salome Zurabişvili deyib:

- Təşəkkür edirəm cənab Prezident.

Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.


*** 11:14

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.  

Son xəbərlər

Orphus sistemi