Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşüb.
Xarici siyasət
26 Noyabr , 2019 18:47
Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasındakı siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin müxtəlif parlamentlərarası formatlarda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər.

Görüşdə Milli Məclisin üzvü Azay Quliyev də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi