Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib - YENİLƏNİB Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.
Xarici siyasət
165
17 May , 2019 18:54
Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib - YENİLƏNİB

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

Həmçinin nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparıblar.


*** 16:53

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri zamanı fransalı həmkarı Jan-Iv Lö Drian ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iqtisadiyyat, təhsil və regional təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi