Yuxarı

Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib

Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb. “Report”un xəbərinə görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirilib və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulanıb.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirilib. Diqqətə çatdırılıb ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi