Azərbaycan və Bolqarıstan arasında ticarət əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Bolqarıstan arasında ticarət əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin Ticarət-Sənaye Palatasının prezidenti ilə görüşüb
Xarici siyasət
8 İyul , 2016 16:56
Azərbaycan və Bolqarıstan arasında ticarət əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkənin Ticarət-Sənaye Palatasının (BTSP) prezidenti Tsvetan Simeonov ilə görüşüb.

"Report" "Infobusiness.bg" portalına istinadən xəbər verir ki, səfir Azərbaycandakı mövcud vəziyyət və investisiya mühiti barədə məlumat verib. Tərəflər həmçinin əməkdaşlıq üçün mümkün platformaları müzakirə ediblər.

BTSP prezidenti rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb. O, həmçinin bu ilin may ayında BTSP nümayəndə heyətinin Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində EUROCHAMBRES sessiyasında iştirak etmək üçün Bakıya səfərinin uğurlu olduğunu vurğulayıb.

N.Qurbanova isə BTSP-nin Bolqarıstan-Azərbaycan biznes-forumunu və Bolqarıstanla Azərbaycanın iqtisadi imkanlarının təqdimatını təşkil etmək ideyasını alqışlayıb.