Azərbaycan və Benilüks dövlətləri arasında diplomatların viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb

Azərbaycan və Benilüks dövlətləri arasında diplomatların viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb Sənədin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq
Xarici siyasət
23 Noyabr , 2017 15:48
Azərbaycan və Benilüks dövlətləri arasında diplomatların viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş” imzalanıb.

Azərbaycanın Belçikadakı səfirliyindən “Report”a verilən məlumata görə, imzalanma mərasimi Benilüks ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında baş tutub. 

Sənədi Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri Maryem Van den Heuvel, Belçika Krallığı tərəfindən bu ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburq Böyük Hersoqluğunun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Tədbirdə bildirilib ki, sazişin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi