Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib

Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib 17 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub
Xarici siyasət
377
17 Dekabr , 2021 11:03
Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti keçirilib. Azərbaycan zirvə görüşünün sonunda qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.

Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.

Son xəbərlər

Orphus sistemi