Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələrin icrasında maraqlıdır

Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələrin icrasında maraqlıdır Minskdə Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviç ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.
Xarici siyasət
2 Dekabr , 2021 10:43
Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələrin icrasında maraqlıdır

Minskdə Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviç ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, fikir mübadiləsi zamanı müxtəlif sahələrdə dövlətlərarası qarşılıqlı fəaliyyət məsələləri, iki ölkənin təhlükəsizliyinin təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

A.Volfoviç helikopterin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Tərəflər strateji tərəfdaşlıq yoluna, əlaqələrin möhkəmləndirilməsinə, habelə müdafiə və təhlkükəsizlik sahəsində birgə layihələrin həyata keçirilməsinə tərəfdar olduqlarını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi