Bakı. 18 aprel. REPORT.AZ/ "Gələn həftə Bakıda Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlarda gündəlikdəki geniş spektrli məsələlər müzakirə ediləcək. Bu danışıqların başlamasını səbirsizliklə gözləyirik".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında viza rejiminin ləğv edilməsi məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı suala cavab verərəkən deyib.
M.Mard həmçinin iyunun 8-də Bakıda Azərbaycan-Aİ biznes forumunun keçiriləcəyini və forum çərçivəsində Avropa İttifaqı və Azərbaycandan 300 şirkətin nümayəndələrinin iştirakının gözlənildiyini xatırladıb.