Bakı. 15 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Arif Əsgərov – “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Cavid Qurbanov - “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilib.