Azərbaycan Tbilisidə qış xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycan Tbilisidə qış xeyriyyə yarmarkasında iştirak edəcək Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 30-da Tbilisidə XX qış xeyriyyə yarmarkası keçiriləcək.
Xarici siyasət
26 Noyabr , 2019 11:47
Azərbaycan Tbilisidə qış xeyriyyə yarmarkasında iştirak edəcək

Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 30-da Tbilisidə XX qış xeyriyyə yarmarkası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, ənənəvi tədbirdə Gürcüstanda fəaliyyət göstərən 25-ə yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

İştirakçı ölkələr yarmarka ziyarətçilərinə milli qida, şirniyyat, suvenirlər və digər məhsullar təqdim edəcək. Satış-sərgi yarmarkasına Azərbaycanın Gürcüstandakı səfirliyi də qatılacaq.

Yarmarkadan əldə olunacaq vəsaitlər ehtiyacı olan uşaq, qadın və ahıl yaşlı insanlar üçün istifadə ediləcək. 

Son xəbərlər

Orphus sistemi